Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – İmtahandan kəsilən azyaşlı 1-ci sinfə qəbul EDİLDİ 

Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – İmtahandan kəsilən azyaşlı 1-ci sinfə qəbul EDİLDİ 

Hazırda oxunan: Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – İmtahandan kəsilən azyaşlı 1-ci sinfə qəbul EDİLDİ 

142975

Rus bölməsi üzrə 1-ci sinfə qəbul imtahanından kəsilən azyaşlı ilə bağlı məsələni ictimailəşdirmişdik.

Ramilə Məmmədovanın Bizim.Media-ya müraciətini və övladının 1-ci sinfə bərpa olunması üçün yenidən ondan imtahan götürülməsi üçün şans yaradılmasını qeyd etmişdik. 

Müsabiqənin nəticələri ilə razılaşmayan valideyn Bakı Şəhər Təhsil İdarəsinin nəzdindəki Apelyasiya Komissiyasına müraciət etmişdi. 

Həmçinin Bizim.Media da problemin həll edilməsi üçün aidiyyəti qurumlara sorğu göndərmişdi. Məsələ həllini tapıb və azyaşlının rus bölməsi üzrə 1-ci sinfə qəbul olması təmin edilib.

Bu barədə Bizim.Media-ya azyaşlının valideyni Ramilə Məmmədova bildirib. Onun sözlərinə görə Apellyasiya Komissiyasının əməkdaşları iyunun 19-da uşaqdan yenidən imtahan götürüb. Bir gün sonra isə imtahan nəticəsi ilə bağlı ona müsbət cavab gəlib. 
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT  


Ramilə Məmmədova istəyinin yerinə yetirildiyini və övladının Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunduğunu qeyd edib. 

Xatırladaq ki, Ramilə Məmmədovanın qızı iyunun 2-də Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunması üçün Binəqədi rayonu 276 saylı məktəbdə verdiyi imtahandan keçməmişdi.

Qeyd edək ki, 3 ildən çoxdur ki, rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlər müsahibəyə cəlb edilir.  Bu imtahanların əsas məqsədi rus dilində anlama, dinləmə, danışma qabiliyyəti olanların rus bölümündə təhsilini təmin etməkdir. Yəni istənilən uşaq rus dilində anlaya, danışa və fikirlərini izah edə bilirsə, imtahandan buraxılmalıdır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO