Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”

Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”

Hazırda oxunan: Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”

142967
Bakıda 17 yaşlı qız itkin düşüb.


Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.


Məlumata görə, Bakının Səbail rayonu, Bayıl qəsəbə sakini, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı mayın 20-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.


L.Əliyevanın anası Rəisə Əliyevə Oxu.Az-a açıqlamasında bildirib ki, qızı evdən çıxarkən onu görməyib:


"Səhər gördüm ki, qızım qapını açıq qoyub gedib. Ona zəng edən zaman "Məni narahat etməyin, gəlməyəcəyəm”, - deyə bildirdi”.


Qızın anası iddia edir ki, onu kimsə aldadaraq aparıb.


Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə müraciət edilib.


Leyla Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO