Fövqəladə Hallar Nazirliyi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 23.06.2023
FHN gücləndirilmiş iş rejimində ÇALIŞACAQ - SƏBƏB
Hazırda oxunan: FHN gücləndirilmiş iş rejimində ÇALIŞACAQ - SƏBƏB
Hazırda oxunan: FHN gücləndirilmiş iş rejimində ÇALIŞACAQ - SƏBƏB
142947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.