“Zəngəzur dəhlizi uğrunda Azərbaycanın apardığı savaş yekunlaşdıqca və Ermənistandan müsbət mesajlar gəldikcə düşünürdüm ki, bu dəfə ölkədə aranı qarışdırmaq üçün nə edəcəklər?”
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bildirib.
Deputat düşünür ki, bu dəfə qəhrəmanlar yetişdirən Gədəbəy rayonu seçildi:
“Hadisə zamanı polisin kobud davranışı təbii ki, qəbuledilməzdir. Əminəm ki, buna hüquqi cəhətdən cavab veriləcək. Lakin hər hansı polisin kobudluğu ətrafında sosial şəbəkələrdə elə vəziyyət yaradırlar ki, sanki xalqla düşmən üz-üzə gəlib.
Gədəbəydə olan hadisələrdən istifadə edən şəxslər var. Onlar bu məqamdan siyasi olaraq istifadə edirlər. Bəziləri odun üstünə daha çox benzin tökmək yarışına girib. Onlar sadəcə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 23.06.2023
“Elə vəziyyət yaradırlar ki, sanki xalqla düşmən üz-üzə gəlib” - Fazil Mustafa
Hazırda oxunan: “Elə vəziyyət yaradırlar ki, sanki xalqla düşmən üz-üzə gəlib” - Fazil Mustafa
Hazırda oxunan: “Elə vəziyyət yaradırlar ki, sanki xalqla düşmən üz-üzə gəlib” - Fazil Mustafa
142907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.