Bakıdan Naxçıvana uçuşlar qeyri-müəyyən müddətə təxirə salındı - SƏBƏB 

Bakıdan Naxçıvana uçuşlar qeyri-müəyyən müddətə təxirə salındı - SƏBƏB 

Hazırda oxunan: Bakıdan Naxçıvana uçuşlar qeyri-müəyyən müddətə təxirə salındı - SƏBƏB 

142849

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. 

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir. 

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir. 

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar. 

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO