Kamran Əliyev Laçın və Qubadlıda hərbi hissələri ZİYARƏT EDİB - FOTO 

Kamran Əliyev Laçın və Qubadlıda hərbi hissələri ZİYARƏT EDİB - FOTO 

Hazırda oxunan: Kamran Əliyev Laçın və Qubadlıda hərbi hissələri ZİYARƏT EDİB - FOTO 

142808

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Qeyd edilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. 

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. 
Sonra bir qrup hərbiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO