Nazir: “Söyüdlüdəki monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq” - VİDEO 

Nazir: “Söyüdlüdəki monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq” - VİDEO 

Hazırda oxunan: Nazir: “Söyüdlüdəki monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq” - VİDEO 

142805

“Söyüdlü kəndində sakinlərlə görüşdük. Yerində cavablandıra biləcəyimiz sualları cavablandırdıq. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq və aydınlıq gətiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. 

Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb və nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq. 

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq və mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO