Yay aylarının təhlükəli QİDALARI – Şirniyyatlardan zəhərlənməmək üçün NƏ ETMƏLİ?

Yay aylarının təhlükəli QİDALARI – Şirniyyatlardan zəhərlənməmək üçün NƏ ETMƏLİ?

Hazırda oxunan: Yay aylarının təhlükəli QİDALARI – Şirniyyatlardan zəhərlənməmək üçün NƏ ETMƏLİ?

142787

Tort və şirniyyatlar qida rasionumuzun, demək olar ki, ayrılmaz hissəsini təşkil edir. Şirniyyatdan uzaq insanlar belə, ən azı ad günlərində, banket və müxtəlif tədbirlərdə bu cür qidalardan dadırlar.

Lakin digər mövsümlərdən çox yay mövsümündə bu kateqoriyadan olan qidalardan zəhərlənmə riski yüksəkdir. Səbəb isə şirniyyatlara vurulan maddələrin istifadə tarixinin qısa olmasıdır.

Bəzən alıcılar bu məsələyə etinasız yanaşır və sonda zəhərlənmə baş verir. Elə bu yaxınlarda rayonların birində bütün ailə üzvlərinin ev şəraitində hazırlanan tortdan zəhərlənməsi də bu məsələdə diqqətli olmağımızın önəmi ilə bağlı həyəcan təbili çalır.

Bəs, tort və şirniyyatdan zəhərlənməmək üçün hansı məqamlara diqqət yetirilməlidir?

“Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bizim.Media ilə bir çox önəmli məqamları bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gülməli HADİSƏ – Taksi sürücüsü ünvana apardığı TORTU YEDİ


O, qeyd edib ki, Azərbaycanda zəhərlənmə hadisələri çox zaman gizlədilir:

“Qidadan zəhərləndiyini güman edən şəxs ya qeyri-səhiyyə məkanında dünyasını dəyişir ya da rəsmi qurumlara müraciət etmir. 

Səbəbsə odur ki, sənaye üsulu ilə istehsal olunmuş istənilən qida məhsuluna əvvəllər Səhiyə Nazirliyinin müvafiq qurumu, AQTA yaradılandan sonra isə AQTA sertifikat verir və bu rəsmi sənəd əsasında mallar satış şəbəkələrinə paylanır.
Zəhərlənmiş istehlakçının hüquqlarının təmin olunması üçün tibb müəssisəsinin həkiminin vətəndaşın hansı qidadan zəhərləndiyini bildirən rəsmi sənədi verməsi zəruridir. Əlbəttə, bunu müəyyən etmək o qədər də asan iş deyil. Çünki qida zəhərlənməsi hətta bir necə gün sonra da özünü büruzə verə bilər“.

Ekspert aidiyyəti qurumların da bəzən özbaşnalığa yol verərək, əhalinin həyatını riskə atdığını bildirib:

“Lakin adətən tibb müəssələri müxtəlif bəhanələrlə bu sənədi verməkdən imtina edir. Nəzəri olaraq, həkim belə bir sənəd verərsə, məhkəmədə mübahisələndiriləcək iddia maraqlar konfilikti səbəbindən təmin olunmayacaq. Yəni, istehsalçı şirkət dövlət orqanının zəhərlənməyə səbəb olan mal partiyasına verdiyi sertifikatı masa üzərinə qoyacaq.

Son nəticədə zəhərlənmə səbləri bir qayda olaraq istehlakçının üzərində qalır. İllərdir ki, bu vəziyyəti dəyişmək mümkün olmayıb. İllərdir ki, bu vəziyyəti dəyişmək mümkün olmayıb”.

Eyyub Hüseynov bildirir ki, tort alarkən istehlakçılar özləri də bu mövzuda diqqətli olmalı və müvafiq sənədi tələb etmək hüququndan yararlanmalıdırlar:

“Tortların yararlılıq müddəti adətən 32 saatdan artıq olmur. Lakin biz ən məşhur tort firmalarına baxsaq, görərik ki, ya buraxılma və son istifadə tarixi məhsulun üzərində qeyd olunmayıb və yaxud da yalnız biri yazılıb. Üstəlik onu tortun alt tərəfində yazıb.

Yəni, istehlakçı qorxa-qorxa tortu qaldırıb onun altına baxmalıdır. Birmənalı olaraq da tort yerlərindən soruşduqda deyilir ki, “təzədir”. 

Yəni istehlakçı burada diqqətli olmalı, soruşaraq məhsulun buraxılma və son istifadə tarixi barədə məlumat almalıdır. Hər bir istehlakçı bu hüquqa malikdir. Satıcı isə informasiya verməyə borcludur. Bu sahədə problemlər çox yaşanır. İnsanlar tədricən zəhərlənmənin qurbanı olurlar. İstehlakçılar hətta məhsulun təzə olmasını sübut edən sənədi də tələb etmək hüququna malikdirlər.”

Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO