Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Birgə intihar edən qızlarla bağlı - TƏFƏRRÜAT
Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.
Bizim.Media