Cəlilabad Dövlət Rəsm Qalereyasında əl işlərindən ibarət fərdi sərgi təşkil edilib.
iyunun 28-i Cəlilabad Dövlət Rəsm Qalereyasının inzibati binasında Cəlilabad şəhərində yaşayan eşitmə və danışma əngəlli 11 yaşlı Məmmədli Sinan Qurban oğlunun əl işlərindən ibarət fərdi sərgisi təşkil edilib.
Sərginin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, valideyinlər və məktəblilər iştirak ediblər. S.Məmmədlinin əl işlərinin təqdim olunduğu sərgidə bir-birindən maraqlı əl işləri oraya toplaşanların böyük marağına səbəb olub. Sinan Məmmədli qalereyada yaradılmış “gələcəyin rəssamları”x9d dərnəyinə cəlb edilib.

































































































