İmtahana şortiklə gələn tələbə binaya BURAXILMAYIB – Texniki Universitetdən AÇIQLAMA  

İmtahana şortiklə gələn tələbə binaya BURAXILMAYIB – Texniki Universitetdən AÇIQLAMA  

Hazırda oxunan: İmtahana şortiklə gələn tələbə binaya BURAXILMAYIB – Texniki Universitetdən AÇIQLAMA  

142741

Tələbə imtahana şortik və çəkəlləklə buraxılmayıb. 

Hadisənin bu gün Azərbaycan Texniki Universitetində baş verdiyi bildirilir.

Məlumata görə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 3-cü kurs tələbələrindən biri bu gün havanın isti keçməsi ilə əlaqədar imtahana belə bir qadağa olmadığından şortiklə gəlib. Amma onun imtahana daxil olmasına imkan verilməyib.  

Tələbinin iddiasına görə, 30 dəqiqəyə yaxın universitetin binasına buraxılmayıb. Mühafizəçi bildirib ki, universitetin prorektoru ona heç kəsi şort və çəkələklə imtahana buraxmamaq barədə şifahi sərəncam verib.  
Halbuki bu barədə tələbələrə xəbərdarlıq edilməyib. İmtahana 3-5 dəqiqə qalmış mühafizə rəisi tələbənin yanına yaxınlaşaraq onu içəri buraxıb. 

Məsələ ilə bağlı Azərbaycan Texniki Universitetlə əlaqə yaratdıq. Universitetin mətbuat katibi Sevinc İsgəndərova Bizim.Media-ya açıqlamasında bildirib ki, belə bir hadisə ilə bağlı fakültələrə, imtahan qərargahına tələbə tərəfindən müraciət və şikayət qeydə alınmayıb: 

“Ümumiyyətlə, geyimlə bağlı heç bir qadağa yoxdur. Bu günə kimi tələbələrdən geyimi ilə bağlı problemin yaranmasına dair şikayət daxil olmayıb”.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO