İctimai TV daha bir mötəbər quruma üzv qəbul EDİLDİ

İctimai TV daha bir mötəbər quruma üzv qəbul EDİLDİ

Hazırda oxunan: İctimai TV daha bir mötəbər quruma üzv qəbul EDİLDİ

142703

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzv oldu. 

Bizim.Media xəbər verir ki, İctimai TV-nin fəaliyyətini diqqətlə izləyən, verilişlərinin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını nəzərə alan Amerika Ticarət Palatası İctimai TV-ni öz sıralarına qəbul edib.

Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palatanın digər üzvləri ilə İctimai TV-nin qarşılıqlı təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradacaq. 

Qeyd edək ki, AmCham ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş Amcham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən aparıcı şirkətləri özündə birləşdirir.
Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan AmCham, ən yaxşı şəbəkə imkanlarını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO