Qida məhsullarının zənginləşdirilməsi necə həyata keçirilir?

Hazırda oxunan: Qida məhsullarının zənginləşdirilməsi necə həyata keçirilir?

142657

Qida məhsullarının zənginləşdirilməsi haqqında Qərar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) elmi əsaslandırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir və qida zənciri subyektləri üçün məcburi xarakter daşıyır. Həmin Qərar daxili bazara yerləşdirilməsi məqsədilə istehsal və ya emal olunan və ya ölkəyə idxal edilən qida məhsullarına şamil olunur. 

Bu barədə Nazirlər Kabinetinin “Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar”ında bildirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, sənədə əsasən, əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan tibbi statistika və məlumat-analitik bankının məlumatları, habelə adambaşına düşən istehlak göstəricilərinə dair məlumatlar əsasında zərurət müəyyən olunduqda AQTA və Səhiyyə Nazirliyi tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı həmin Qayda ilə müəyyən edilən prosedura başlanılması barədə qərar qəbul olunur.

Həmçinin müvafiq məlumatlar agentlik tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması məqsədilə AQTİ-yə təqdim edilir. 

Aparılan elmi araşdırma nəticəsində AQTİ tərəfindən qida məhsullarının zənginləşdirilməsi haqqında elmi əsaslandırılmış təklif formalaşdırılır və agentliyə təqdim olunur.

AQTA tərəfindən həmin təklif əsasında zənginləşdirilə biləcək qida məhsullarının, o cümlədən həmin qida məhsullarının zənginləşdirilməsinin iqtisadi sahəyə təsirinin müəyyən edilməsi məqsədilə Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin və digər aidiyyəti dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət tərkibdə işçi qrup yaradılır. İşçi qrupun təklifləri nəzərə alınmaqla AQTA tərəfindən qərar layihəsi hazırlanır.
Həmin layihə İnstitutun elmi əsaslandırılmış təklifi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir.

Qida məhsullarının zənginləşdirilməsi haqqında Nazirlər Kabineti tərəfindən qəbul edilən Qərarda çatışmazlığı olan nutriyentin qida məhsulundakı həddi qeyd olunmalıdır. Qida məhsuluna inqrediyentin və digər maddənin əlavə edilməsi çatışmazlığı olan nutriyentin qida məhsulunda ən azı müəyyən edilmiş minimum miqdarda olması ilə nəticələnməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO