Ölkəmizə yay fəsli daxil olub

Ölkəmizə yay fəsli daxil olub

Hazırda oxunan: Ölkəmizə yay fəsli daxil olub

142620

Bu gün saat 18:57-də Azərbaycana yay fəsli daxil olub. 

Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən xəbərə görə, bu gün Şimal yarımkürəsində ən uzun Gündüz və ən qısa Gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa Gündüz və ən uzun gecə olur.
 

MÖVZU İLƏ BAĞLI:

Məzuniyyətə hansı ayda çıxmaq sərfəlidir? – Ekspertlər doğru zamanı AÇIQLADILAR 


Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir.

Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır. 

Qeyd edək ki, Bakı üçün bu gün gündüzün uzunluğu 15 saat 3 dəq 24 san olub, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO