Qubada Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir KEÇİRİLDİ – FOTO  

Qubada Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Qubada Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir KEÇİRİLDİ – FOTO  

142612

Bu gün Qubada rayon İcra Hakimiyyətinin, Quba rayon Gənclər və İdman İdarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda çağırışyaşlı gənclər ilə Vətən müharibəsi qaziləri, iştirakçıları ilə Quba Gənclər Mərkəzində görüş keçirilib.

Bizim.Media xəbər verir ki, 26 iyun - Azərbaycan Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu günün tarixi əhəmiyyətindən, Ulu Öndərin Azərbaycanın ordu quruculuğu sahəsindəki rolundan danışıb. Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsinin zabiti, leytenant Elşən Məmmədov gənclərin hərbi vətənpərvərliyindən, Ordumuzda olan milli ruhdan söz açıblar. Sonda "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda sənədli film nümayiş olunub. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO