Son 5 ayda Azərbaycana gələnlərin sayı artıb

Son 5 ayda Azərbaycana gələnlərin sayı artıb

Hazırda oxunan: Son 5 ayda Azərbaycana gələnlərin sayı artıb

142610

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan 3,9 dəfə, Hindistandan 3,2 dəfə, Belarusdan 2,7 dəfə, Özbəkistandan 2,6 dəfə, Qazaxıstandan 2,0 dəfə, Rusiya Federasiyasından 2,0 dəfə, Böyük Britaniyadan 1,8 dəfə, İsraildən 1,7 dəfə, ABŞ-dan 1,6 dəfə, Küveytdən 43,8 faiz, Pakistandan 43,0 faiz, Gürcüstandan 41,7 faiz, Türkiyədən 22,5 faiz, Omandan 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 14,7 faiz artıb.

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.

Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO