Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə TƏYİN ETDİ

Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə TƏYİN ETDİ

Hazırda oxunan: Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə TƏYİN ETDİ

142607

Şəki şəhər polis rəisinə müavin təyin edilib. Bu vəzifəyə Şəmkir Rayon Polis Şöbəsinin Təşkilati-İnspektor qrupunun baş inspektoru vəzifəsində çalışan mayor Bəxtiyar Əsgərov təyin edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Şəmkir RPŞ-nin Təşkilati-İnspektor qrupunun baş inspektoru, polis mayoru Əsgərov Bəxtiyar Ramiz oğlu vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyin edilib. Polis mayoru Bəxtiyar Əsgərov bu gün kollektivə təqdim edilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO