İşğaldan azad edilmiş Laçın şəhərində “Art Passage” Yaradıcılıq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə gənc rəssamların pleneri keçirilir.
Bizim.Media xəbər verir ki, iyunun 20-dən 24-dək “Laçına qayıdan yol” adı ilə davam edəcək layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 17 məzunu abad, müasir şəhər kimi yenidən canlanan Laçının gözəl mənzərələrindən etüdlər yaradacaqlar.
Qarabağın ecazkar təbiətinin təsviri rəssamlıq sənətinin inkişafında bir mərhələ sayılıb. 30 il davam edən işğal boyunca Qarabağı dahi Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin və əslən laçınlı Nadir Əbdürrəhmanovun tablolarından izləyən gənc rəssamlar özləri indi Laçındadırlar.
Artıq nə xatirələrdən nə fotolardan – gözləri qarşısında açılan naturadan yeni əsərlər yaradırlar. Bu mənada gənc rəssamların Laçında keçirilən ilk pleneri tarixi hadisə sayılır.
“Art Passage” Mərkəzində təsviri sənətlə bağlı ardıcıl, davamlı layihələr planı hazırlanıb. Laçında növbəti mərhələdə Azərbaycanın məşhur rəssamlarının iştirakı ilə simpoziumların və beynəlxalq plenerlərin keçirilməsi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:54 / 21.06.2023
Gənc rəssamlar Laçının gözəl mənzərələrini çəkdilər - FOTO
Hazırda oxunan: Gənc rəssamlar Laçının gözəl mənzərələrini çəkdilər - FOTO
Hazırda oxunan: Gənc rəssamlar Laçının gözəl mənzərələrini çəkdilər - FOTO
142579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.