Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olundu

Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olundu

Hazırda oxunan: Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olundu

142578
İtkin düşdükdən doqquz ay sonra nəşi tapılan Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

Sfera.az xəbər verir ki, o, bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidlə Bakıda vida mərasiminin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO