Bakıda iki dost dənizdə batıb. Hadisə ötən gün Buzovna qəsəbəsi yaxınlığındakı dənizdə, sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə baş verib. 2002-ci il təvəllüdlü İsgəndər Ramiz oğlu Əhmədov və onun yaxın dostu Samir adlı şəxs boğulub.
Bu barədə Bizim.Media-ya İsgəndər Əhmədovun yaxını Vüqar Əmirov məlumat verib.
Onun sözlərinə görə, İsgəndər Əhmədov bu yaxınlarda ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun əsgəri Davud Məmmədlinin xalası oğludur.
Vüqar Əmirov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-xilasediciləri axtarışlara cəlb olunsa da, dənizdə batan şəxslərin cəsədləri tapılmayıb. O, axtarışların elə də ürəkaçan olmadığını bildirib.
Hazırda iki nəfərin boğulduğu ərazidə axtarışların dayandırıldığı qeyd olunur.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 21.06.2023
Dənizdə FACİƏ – Boğulan şəxslərdən biri şəhidin xalası oğludur – ÖZƏL
Hazırda oxunan: Dənizdə FACİƏ – Boğulan şəxslərdən biri şəhidin xalası oğludur – ÖZƏL
Hazırda oxunan: Dənizdə FACİƏ – Boğulan şəxslərdən biri şəhidin xalası oğludur – ÖZƏL
142577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.