Sabirabaddakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlandı

Sabirabaddakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Sabirabaddakı ölüm hadisəsi ilə bağlı cinayət işi başlandı

142543

İyunun 4-də Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sabirabad rayon prokurorluğu yayıb. 

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb.  

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 
İbtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO