“Naxçıvan” Universitetində YENİLİK: MBA üzrə yeni ixtisaslaşma YARADILDI

“Naxçıvan” Universitetində YENİLİK: MBA üzrə yeni ixtisaslaşma YARADILDI

Hazırda oxunan: “Naxçıvan” Universitetində YENİLİK: MBA üzrə yeni ixtisaslaşma YARADILDI

142530

“Naxçıvan” Universitetində MBA (Master of Business Administration) proqramı çərçivəsində “Biznesin idarə edilməsi” üzrə “ümumi təyinatlı” yeni ixtisaslaşma yaradılıb.

Bizim.Media-ya bu barədə "Naxçıvan" Universitetindən məlumat verilib. Bildirilib ki, yeni ixtisaslaşmanın tədrisinə bu ildən etibarən başlanılacaq. 

"Naxçıvan" Universitetin tədris şöbəsinin müdiri, f.ü.f.d., Anar Abuzərli açıqlamasında bildirib ki, universitetinin təqdim etdiyi MBA proqramının əsas üstünlüyü tələbələrə təcrübə yönümlü bilik və bacarıqlar qazandırmaq, eyni zamanda iş həyatına hazırlamaqdan ibarətdir. Artıq MBA proqramı üzrə təhsil almaq istəyən tələbələr “Naxçıvan” Universitetini rahatlıqla seçə biləcək. 

Həmçinin qeyd edilib ki, təhsilin davam etmə müddəti ənənəvi magistr təhsil proqramına uyğun olaraq 2 il nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO