Samuxda 21-ci əsrin ilk Milli Qəhrəmanı anıldı – FOTO  

Samuxda 21-ci əsrin ilk Milli Qəhrəmanı anıldı – FOTO  

Hazırda oxunan: Samuxda 21-ci əsrin ilk Milli Qəhrəmanı anıldı – FOTO  

142493

Samux rayon Əhmədbəyli kənd şəhidləri qəbiristanlığında samuxlu, XXI əsrin ilk Milli Qəhrəmanı Elton İsgəndərovun anım günü keçirilib. 

Bizim.Media xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Milli qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər qərənfillər düzüblər. Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev vurğulayıb ki, Elton öz şücaəti və qorxmazlığı ilə tarixə düşüb. Qəhrəman şəhidimiz hələ dinc dövrdə, atəşkəs elan edilən dövdə öz canını qurban verib. 

“Elton və onun əsgər və zabit yoldaşları 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə giriblər. Bir neçə döyüşçünü məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının birinin sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına əsgər və zabitlərimizin həyatını xilas edib.

Bəli, həmin bu cəsur əsgər İsgəndərov Elton Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının Vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək, gənc nəsillərə nümunə olmuşdur” - deyə Alı Qocayev əlavə edib. 
Digər çıxış edənlər də Elton İsgəndərov kimi mərd və qorxmaz, Vətən uğrunda öz canından hər bir anda keçməyi bacaran oğullarımız haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücaəti nəzərə alaraq 25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını verib. Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıq ilə fəxr etdiyini, Azərbaycanımızda Elton kimi vətənpərvər oğlanların sayının onminlərlə, yüzminlərlə olduğunu vurğulayıb. O, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO