Ceyhun Bayramov BMT rəsmisi ilə videoformatda görüşdü

Ceyhun Bayramov BMT rəsmisi ilə videoformatda görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov BMT rəsmisi ilə videoformatda görüşdü

14244

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə videokonfrans formatında görüşü keçirilib.

Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov italiyalı həmkarı ilə danışıqlar apardı


Videokonfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq Agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO