Sertifikasiya imtahanında 57 yaşlı müəllim maksimum balı TOPLADI

Sertifikasiya imtahanında 57 yaşlı müəllim maksimum balı TOPLADI

Hazırda oxunan: Sertifikasiya imtahanında 57 yaşlı müəllim maksimum balı TOPLADI

142420

Bugünkü  müəllimlərin sertifikatlaşdırılması prosesində maksimal bal toplanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ETN-nin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkə hesabında məlumat yayıb.

"57 yaşlı müəllimimiz tam 60 bal topladı!", deyə nazirlik sözçüsü paylaşımında qeyd edib.

Bildirilib ki, sözügedən müəllimə Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin müəllimi Flora Dünyamalıyevadır.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO