Bakıda taksi sürücüsü məhkəmə zalında həbs edildi

Bakıda taksi sürücüsü məhkəmə zalında həbs edildi

Hazırda oxunan: Bakıda taksi sürücüsü məhkəmə zalında həbs edildi

142404

Bakıda avtomobillə piyadanın vuraraq öldürməkdə təqsirləndirilən Elmin Mehtizadəyə hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, E.Mehtizadə barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib.

Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Natiq Quliyevin mülki iddiası qismən (9 min manat) təmin olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 1995-ci il təvəllüdlü E.Mehtizadə “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1998-ci il təvəllüdlü Xaliq Fehruzlunu vuraraq öldürüb.

Hadisədən sonra təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Aparılan ibtidai araşdırma zamanı müəyyən edilib ki, E.Mehtizadə Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hadisə zamanı onun məhkumluğu ödənilməmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO