Pandemiya cərimələri LƏĞV OLUNUR? – Millət vəkillərindən AÇIQLAMA

Pandemiya cərimələri LƏĞV OLUNUR? – Millət vəkillərindən AÇIQLAMA

Hazırda oxunan: Pandemiya cərimələri LƏĞV OLUNUR? – Millət vəkillərindən AÇIQLAMA

142370

Dünyada, o cümlədən Azərbaycanda 3,6 ilə qədər davam edən koronavirus artıq arxa plana keçib. Bu xəstəliyə qarşı aparılan mübarizə, virus əleyhinə tədbirlər artıq öz bəhrəsini verib.

Onun nəticəsidir ki, COVİD-19-la bağlı tətbiq edilən müxtəlif məhdudiyyətlər, qadağalar da aradan götürülüb. 

Azərbaycanda da artıq koronavirusa yoluxma halları minimum səviyyəyə düşüb. Ona görə də qadağalar, məhdudiyyətlər çoxdan ləğv edilib. Amma buna baxmayaraq, hələ də pandemiya dövründə tətbiq edilən və ödənilməyən cərimələr qalmaqdadır. 

Görəsən, mövcud vəziyyətdə artıq pandemiya cərimələri ləğv edilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Azər Badamov icra olunmayan pandemiya cərimələrinin ləğvinin tərəfdarıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Qayda pozuntularına görə cərimələr ARTIRILIR  


“Pandemiya dövründə cərimələr insanların məsuliyyət hissini artırması, özlərini virusdan qorumaları üçün tətbiq olunmuşdu. Amma artıq demək olar pandemiya başa çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı da pandemiyanın başa çatdığını bəyan edib. Qonşu ölkələr, Gürcüstan və Türkiyədə pandemiya ilə bağlı tətbiq olunan cərimələr artıq ləğv edilib. 

Bu mənada pandemiyanın başa çatmasını nəzərə alaraq, Azərbaycanda da tətbiq olunan, ancaq icra olunmamış cərimələr ləğv edilməlidir. Hökumətin bu barədə qərar qəbul etməsilə insanlar həmin yükdən azad olunacaq və bu onların sosial vəziyyətinə müsbət təsir göstərəcək”.   

Aqil Abbas da məsələ barədə həmkarı kimi düşünür: 

“Çox istərdim ki, pandemiya dövründə tətbiq edilən cərimələr artıq ləğv olunsun. Artıq buna ehtiyac qalmayıb”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO