Medal alan şəxsə veteran statusu verilmir – “Bu absurddur” – EKSPERT 

Medal alan şəxsə veteran statusu verilmir – “Bu absurddur” – EKSPERT 

Hazırda oxunan: Medal alan şəxsə veteran statusu verilmir – “Bu absurddur” – EKSPERT 

14236

Qanunvericilikdə qazi statusu yoxdur. Yalnız veteran, əlil və şəhid kateqoriyaları mövcuddur.

Bu fikirləri Bizim.Media-ya hərbi ekspert Ədalət Verdiyev müharibə iştirakçılarının sahiblənə biləcəyi imtiyazlarından danışarkən söyləyib.

O, əlavə edir ki, qanunvericilik aktlarında bir yerdə belə qazi adı keçmir:

“Kimsə döyüşlərdə iştirak edib, salamat geri qayıdıbsa buna şükür etməliyik. O şəxslər veteran adlanır.

Veteranlar dövlətdən aldığı təzminata 80 manat müavinət, sanatoriya və müalicə xərcləri daxildir. 80 manat veteranlara ona görə verilir ki, kommunal xərclərini qarşılasınlar. II Qarabağ savaşından sonra bəzi adamlara veteranlıq verilməsi gecikir. Bununla bağlı narahatlıq var.

Medal alan şəxsin veteranlıq almaması absurdur. Adam medalı alıbsa, deməli bu 80 manatı da almalıdır.

Çünki, medal alması onun döyüşdə iştirakçı olmağını təsdiqləyir. Hətta veteran statusunu gec alsa belə, arada itən aylara görə də onlara müavinətlər verilməlidir”- deyə əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO