“Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq".
O.Bayramov vurğulayıb ki, avtobuslarda tətbiq vasitəsilə ödəniş isə onu tam istifadəyə veriləndən sonra olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 20.06.2023
Bakı metrosunda QR kod vasitəsilə ödəniş mümkün OLACAQ
Hazırda oxunan: Bakı metrosunda QR kod vasitəsilə ödəniş mümkün OLACAQ
Hazırda oxunan: Bakı metrosunda QR kod vasitəsilə ödəniş mümkün OLACAQ
142330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.