Azərbaycanda 11 il əvvəl uşağını itirən ana övladına qovuşdu - VİDEO 

Azərbaycanda 11 il əvvəl uşağını itirən ana övladına qovuşdu - VİDEO 

Hazırda oxunan: Azərbaycanda 11 il əvvəl uşağını itirən ana övladına qovuşdu - VİDEO 

142310

Azərbaycanda 11 il əvvəl uşağını itirən ana övladını tapıb. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, 11 il əvvəl yenicə dünyaya gətirdiyi qızını itirən Ayşən Xəzər TV-də yayımlanan və tanınmış teleaparıcı Lalə Azərtaşın müəllifi olduğu "Təsir dairəsi" verilişində övladına qovuşub. 

Belə ki, 11 il əvvəl Ayşən yenicə dünyaya gətirdiyi qız övladını kafedə bir yerdə işlədiyi qadına verir.  

Dediyinə görə, o, pul müqabilində dayə kimi baxmağa veribmiş. Amma uşağı saxlayan Zəminə deyir ki, 11 ildə ana uşağı ilə çox az maraqlanıb.  

Sonra ananın övladı ilə əlaqəsi tamamilə kəsilib.  

Zəminənin efirə çıxmağına səbəb isə Havin adlı 11 yaşlı usağın təhsil problemi olub. Usağın sənədi yoxdur deyə, məktəbə gedə bilmir. 1 həftə Zəminənin efirdə məlumatları verməsindən sonra "Təsir dairəsi" verilişində uşağın əsl anasını tapıb.  
Xəzər TV-nin efirdə ana ilə uşağın 11 ildən sonra görüşü baş tutub. 

Həmin görüntüləri təqdim edirik: 
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO