SOCAR-ın prezidenti Polşa şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - FOTO 

SOCAR-ın prezidenti Polşa şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - FOTO 

Hazırda oxunan: SOCAR-ın prezidenti Polşa şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - FOTO 

142260

İyunun 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Polşanın “PKN Orlen” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Daniel Obajtek ilə görüşüb. 

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, görüşdə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıqdan məmnunluq ifadə edilib, xam neftin ticarəti sahəsində əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. 

Görüş çərçivəsində xam neft, neft məhsulları, maye neft qazı (LPG) təchizatı, habelə bərpa olunan enerji, rəqəmsallaşma və innovasiya sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO