Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – VİDEO  

Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – VİDEO  

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – VİDEO  

142223

Kürdəmirdə yük maşını hasara çırpılıb, xəsarət alanlar var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb. 

Beləki, “İZİSU” markalı yük maşını Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq yol kənarındakı hasara çırpılıb. Hadisə zamanı avtomobildə olan sürücü və sərnişin Göyçay rayon sakinləri 29 yaşlı Novruzov Cahangir Natiq oğlu və 23 yaşlı Mikayılov Kənan Qaçay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır. 
 

 


Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO