9 min manatlıq spirtli içkini məhv edən şəxs nə qədər müsəlmandır? – İlahiyyatçıdan İZAH

9 min manatlıq spirtli içkini məhv edən şəxs nə qədər müsəlmandır? – İlahiyyatçıdan İZAH

Hazırda oxunan: 9 min manatlıq spirtli içkini məhv edən şəxs nə qədər müsəlmandır? – İlahiyyatçıdan İZAH

142184

Xəbər verdiyimiz kimi, 2 gün öncə bir nəfər Yasamal rayonundakı marketlərdən birinə daxil olaraq, spirtli içkilərin yığıldığı vitrini tamamilə dağıdıb. “Haramdır, satmayın” deyə dağıdılan vitrində 9 min manatlıq məhsul məhv edilib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Lakin, baş vermiş hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb və ictimai qınağa tuş gəlib. Çünki, bu cür vandallığın islama heç bir aidiyyatı yoxdur. 

Bu sadəcə fanatizmdir, ya da islam adı ilə törədilən məqsədli bir təxribatdır. 

İslam bütün dəyərlərin ən ali məcmusudur. Bu dində buyrulan bir çox mətləblər çox təəssüf ki, sadə insanlara lazımı səviyyədə çatdırılmır. Bütün dövrlərdə, bütün islam dövlətlərində açıq-gizli şəkildə spirtli içkilər satılıb. Hətta nə Məhəmməd Peyğəmbər, nə Əhli-Beyt, nə də ki, islam alimləri spirtli içki satanları linc etməklə bağlı çağırış etməyiblər. 

Sadəcə buyrulub ki, içki haramdır, yəni ziyanlıdır. Spirtli içkilərin ziyanını da çoxlarımız bilir. Amma İslamda kiminsə malını dağıtmaq ən böyük günah və haram əməldir. 

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanla həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, çox ehtimal ki, bu fanatizmin qurbanı olan şəxsin əməlidir:

“Bu xurafatdır, fanatizmdir, xarici təsirlərin nəticəsidir. Bu cür hərəkətlərin İslama heç bir aidiyyatı yoxdur. Bu cür hərəkətin özü haramdır, günahdır. Başqasının malına ziyan vurmaq islama görə böyük günahdır.

Və islama görə ziyankar vurduğu zərərin üç qatını mal sahibinə ödəməlidir. İslama görə halal məqsədlərə haram yollarla çatmaq olmaz. 

Bəli, spirtli içki islamda ziyanlı hesab olunur. Amma bu kiməsə haqq vermir ki, gedib kiminsə malını məhv eləsin. Həzrəti Məhəmməd Məkkədə yaşadığı dövrdə şəhərdə şərab satılırdı. Amma Peyğəmbər kiməsə tövsiyə etmirdi ki, gedib həmin şərab dükanını dağıtsın. Və bu gün əksər islam ölkələrində də şərab satılır. Amma heç kim gedib o dükanları dağıtmır. Çünki, bu günah işlərdir. 

İndi əksər marketlərdə digər məhsullarla yanaşı spirtli içkilər satılır. Bunun da islama yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. O cümlədən də “haramdır” deyib, başqasının malına ziyan vuran şəxs də Allah və qanun qarşısında günahkardır. Bu daha çox təxribat faktıdır. Yəqin ki, hüquq-mühafizə orqanları bunu dərindən araşdıracaq. Bu hadisədə İran izi də sezilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO