Bakıdan bu rayonlara müntəzəm avtobus işləyəcək

Bakıdan bu rayonlara müntəzəm avtobus işləyəcək

Hazırda oxunan: Bakıdan bu rayonlara müntəzəm avtobus işləyəcək

142154

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyunun 2-də 6 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi “Bakı-Şabran-Bakı”, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı”, “Bakı-İsmayıllı-Bakı” və “Bakı-Cəlilabad-Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqəni iyulun 18-19-da keçirəcək.

Bu barədə Bizim.Media-ya AYNA-dan bildirilib.

Məlumata görə, iddiaçıların təklifləri “Bakı-Şabran-Bakı” və “Bakı-Cəlilabad-Bakı” istiqamətlərində 7 Lot üzrə iyulun 18-də, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı” və “Bakı-İsmayıllı-Bakı” istiqamətində 6 Lot üzrə iyulun 19-da müsabiqə keçirilən zaman açıqlanacaq.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan (//ayna.gov.az/pages/70/elanlar) əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO