Xızının Gimçi kəndi ərazisində köməksiz vəziyyətdə qalan 24 nəfər gecə saat 4-də FHN-nin əməkdaşları tərəfindən xilas edilib və ərazidən aşağı düşürülərək digər maşınla evlərinə göndərilib.
Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizovun Bizim.Media-ya özəl məlumatına görə, FHN əməkdaşlarına icra hakimiyyəti tərəfindən bələdçilik edilib.
MÖVZU İLƏ BAĞLI:
Xızıda sel yolu yararsız hala saldı - Avtobusda 24 sərnişin köməksiz qalıb
Hazırda pirə gələn insanların "Hundai" markalı avtobusu hadisə yerində qalıb. Avtobusun çıxarılması üçün əraziyə “Qaz-66” göndərilib. Pirə gələnlərin hamısı Yasamal rayon sakinləri olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu