Xızıda avtobusda köməksiz qalan 24 sərnişinlə bağlı YENİ XƏBƏR  

Xızıda avtobusda köməksiz qalan 24 sərnişinlə bağlı YENİ XƏBƏR  

Hazırda oxunan: Xızıda avtobusda köməksiz qalan 24 sərnişinlə bağlı YENİ XƏBƏR  

142118

Ötən gecə Xızı rayonu ərazisində köməksiz vəziyyətdə avtobusda qalan 24 nəfər rayonun Gimçi kəndində hündür dağ ərazisində yerləşən pirə gələn insanlar olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin kənd Ağdərə kəndindən irəlidə yerləşir. 
 

MÖVZU İLƏ BAĞLI:

Xızıda sel yolu yararsız hala saldı - Avtobusda 24 sərnişin köməksiz qalıb


İnsanlar pirə gələrkən yollar quru olub. Qəfildən yağan leysan yağış nəticəsində gələn güclü sel çınqıl və torpaq yolda hərəkəti çox çətinləşdirib və ziyarətgaha gedən şəxslərin olduğu avtobus torpaq yolda batıb qalıb.

Həmin yolla yalnız iri nəqliyyat vasitələrinin gedə bildiyi deyilir. Yolda köməksiz vəziyyətdə insanların xilas olunub olunmamaları barədə Xızı Rayon İcra Hakimiyyətindən məlumat almağa çalışacağıq. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO