Keçmiş polisi qətlə yetirən qonşusu saxlanıldı 

Keçmiş polisi qətlə yetirən qonşusu saxlanıldı 

Hazırda oxunan: Keçmiş polisi qətlə yetirən qonşusu saxlanıldı 

142110

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramov kəsici alətlə qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

Məlumata görə, münaqişə qonşular arasında baş verib.

Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO