4  nəfərdən 16 kq narkotik vasitə aşkarlandı - VİDEO 

4  nəfərdən 16 kq narkotik vasitə aşkarlandı - VİDEO 

Hazırda oxunan: 4  nəfərdən 16 kq narkotik vasitə aşkarlandı - VİDEO 

14210

Daxili İşlər Nazirliyi 4 narkotik alverçisindən 16 kiloqramdan artıq narkotik vasitə aşkar edildiyini açıqlayıb.

DİN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Zeynalov saxlanılıb.

Onun üzərinə baxış zamanı 47 qram qurudulmuş marixuana, 36 qram heroin, 30 qram psixotrop maddə metamfetamin, 10 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb.

Onun Xətai rayonunda yaşadığı evdən əlavə 4 kiloqram 700 qram heroin, 1 kiloqrama yaxın metamfetamin, 980 qram marixuana, 193 qram tiryək, 940 qram həşiş qətranı, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi 24000 ABŞ dolları aşkar edilib.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Bundan başqa, əvvəllər məhkum olunmuş Fuad Ziyadovun üzərinə baxış zamanı 72 qram, Sabunçu rayonunda yaşadığı məzildən isə əlavə 4 kiloqram 54 qram heroin, 1 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri və 3 ədəd plastik kart aşkar edilib.

Fuad Ziyadov ifadəsində narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu və əldə etdiyi pul vəsaitlərini həmin plastik kartlarda topladığını bildirib.

Vətəndaş Aydan Həsənəlizadənin də üzərinə baxış zamanı 50 qrama yaxın heroin, 10 qram metamfetamin, paytaxtın Nizami rayonuda yaşadığı evdən isə 1 kiloqram 395 qram heroin, 2 kiloqram 140 qram metamfetamin, 549 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə edilmiş plastik kart aşkar edilib.

Aydan Həsənəlizadə ifadəsində külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.

Həmçinin, əvvəllər məhkum olunmuş Firdovsi Abdullayev narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 28 qram, Səbail rayonunda yaşadığı mənzildən isə 470 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Beləliklə qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.  Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO