“Əhmədli”də polisə müqavimət göstərən sürücülər həbs olundu

“Əhmədli”də polisə müqavimət göstərən sürücülər həbs olundu

Hazırda oxunan: “Əhmədli”də polisə müqavimət göstərən sürücülər həbs olundu

142053

“Əhmədli” metrostansiyasının qarşısında yol hərəkəti qaydalarını pozan sürücülər barəsində tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli yayıb.

Onun sözlərinə görə, sözügedən ərazidə dayanma-durma qaydalarının pozan və ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərlə bağlı polisə dəfələrlə müraciət daxil olub.

Bununla əlaqədar yol polisi əməkdaşları əraziyə cəlb olunub.

Qaydalara əməl edilməməsi ilə bağlı protokol tərtib edilərkən sürücülərdən ikisi-Mirsüleyman Süleymanlı və Şəhriyar Abbasov polisə müqavit göstəriblər.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib, Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Süleymanlı və Ş.Abbasova inzibati qaydada 20 sutka həbs cəzası verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO