Dənizkənarı Milli Parkda tatarların MİLLİ BAYRAMI keçirilir - FOTO

Dənizkənarı Milli Parkda tatarların MİLLİ BAYRAMI keçirilir - FOTO

Hazırda oxunan: Dənizkənarı Milli Parkda tatarların MİLLİ BAYRAMI keçirilir - FOTO

142004

Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçirilir.

Bizim.Media xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.

Onlar festivalda nümayiş edilən tematik ərazilərlə tanış olurlar.

Həmçinin festivala qatılanlar “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona ilə tanışa ola, orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilirlər.

“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olur, həmçinin tematik ustad dərslərində iştirak edirlər.

Tədbirin proqramına, həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.

Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçirilir.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO