Bu gün 1154 şagird Azərbaycan dili fənnindən imtahan verəcək

Bu gün 1154 şagird Azərbaycan dili fənnindən imtahan verəcək

Hazırda oxunan: Bu gün 1154 şagird Azərbaycan dili fənnindən imtahan verəcək

141986

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilmiş imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirir. İmtahanda 1154 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan Bakı şəhərində 5 binada təşkil olunur. İmtahan bütün binalarda saat 10:00-da başlanır.

Saat 09:45-də buraxılış rejimi başa çatır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO