Psixiatriya xəstəxanasına salınmışdı, altı il sonra həbsə göndərildi

Psixiatriya xəstəxanasına salınmışdı, altı il sonra həbsə göndərildi

Hazırda oxunan: Psixiatriya xəstəxanasına salınmışdı, altı il sonra həbsə göndərildi

141972

Altı il əvvəl bir milyonluq dələduzluqda təqsirli bilinərək məhkəmə hökmü ilə psixiatriya xəstəxanasına yerləşdirilən H.Allahverdiyevanın işi yenidən araşdırılıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin budəfəki hökmü ilə H.Allahverdiyeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdə deyilir ki, ittiham olunan şəxs artıq psixoloji xəstəlikdən əziyyət çəkmir, buna görə də cəzaçəkmə müəssisəsinə göndərilməlidir. 

Qeyd edək ki, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində H. Allahverdiyevaya hökm oxunub. 

Məhkəmə H.Abdullayevanın cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib. 

Zərərçəkmiş şəxslər hökmdən narazı qalaraq apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi yenidən psixi ekspertiza keçirib. Ekspert H.Allahverdiyevanın sağalması barədə rəy verib. 

Bundan sonra birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO