Lənkəranda Xəzər dənizinin sahili tullantılardan təmizlənib - FOTO 

Lənkəranda Xəzər dənizinin sahili tullantılardan təmizlənib - FOTO 

Hazırda oxunan: Lənkəranda Xəzər dənizinin sahili tullantılardan təmizlənib - FOTO 

141966

Bu gün Xəzər dənizinin Lənkəran ərazisi sahilində növbəti təmizlik aksiyası keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Xəzərin Lənkəran ərazisi sahilinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan ekoloji aksiyaya ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, müəssisə və digər qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri qoşulub. 

Aksiya zamanı Lənkəran şəhəri Xəzər dənizi sahilində 25000 kvadratmetr sahədə, ümumi həcmi 8 kubmetr bərk məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar, 200 metr uzunluqda sintetik tor yığılaraq aidiyyəti üzrə şəhər poliqonuna daşınıb. 
Ümumilikdə 200 nəfərin iştirak etdiyi iməcilik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri də aparılıb.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO