Şəkidə partlayışda xəsarət alan ana və övladları Bakıya GÖNDƏRİLİB - FOTO 

Şəkidə partlayışda xəsarət alan ana və övladları Bakıya GÖNDƏRİLİB - FOTO 

Hazırda oxunan: Şəkidə partlayışda xəsarət alan ana və övladları Bakıya GÖNDƏRİLİB - FOTO 

141945

Bu gün axşam saatlarında Şəkidə evdə partlayış baş verməsi səbəbindən ana və 2 azyaşlı övladı ağır yanıq xəsarətləri alıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, partlayış hadisəsi Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində baş verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə evdə partlayış olub - Xəsarət alanlar var 


Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alanlar yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onlara ilkin tibbi yardım göstərib.

Xəstəxananın təcili tibbi yardım şöbəsinin bölmə müdiri Yeganə Quliyeva Bizim.Media-ya bildirib ki, hər üç şəxsin vəziyyətləri nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Nəriman Nərimanov adına xəstəxananın yanıq şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO