Hərbçilərə verilən kirayə pulunun artırılması təklif edildi

Hərbçilərə verilən kirayə pulunun artırılması təklif edildi

Hazırda oxunan: Hərbçilərə verilən kirayə pulunun artırılması təklif edildi

14184

Yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləğinin artırılması təklif edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirliyin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılacaq


Hesabatda qeyd olunub ki, güzəştli şərtlərlə mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləği müəyyən edilsin.

Bununla yanaşı, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) Konstitusiyanın 9-cu maddəsinin I hissəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişikliklər edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO