Binaların yaxınlığında hərəkətə süni mane yaradanlara qarşı reydlər aparılır - VİDEO

Binaların yaxınlığında hərəkətə süni mane yaradanlara qarşı reydlər aparılır - VİDEO

Hazırda oxunan: Binaların yaxınlığında hərəkətə süni mane yaradanlara qarşı reydlər aparılır - VİDEO

14182

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydləri davam etdirir.

Bizim.Media nazirliyin saytına istinadən məlumat verir ki, yaşayış, eləcə də digər təyinatlı binaların giriş-çıxışlarının və keçidlərinin bəzən vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol aça bilər.

Belə ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır, yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır.

Bu səbəbdən, sadalanan süni maneələrin ünvanlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

"Xatırladırıq ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır", - deyə FHN-nin məlumatında bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO