“Ginnesin rekordlar kitabı”na düşən faciə - 25 il ötür

“Ginnesin rekordlar kitabı”na düşən faciə - 25 il ötür

Hazırda oxunan: “Ginnesin rekordlar kitabı”na düşən faciə - 25 il ötür

1418

1995-ci ilin 28 oktyabrı Bakı metrosunun tarixinə, xalqımızın yaddaşına qara hərflərlə yazılmış şənbə günü kimi düşüb. 25 il öncə axşam saat 18:00 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi. Lakin bu tarix həm də bir qəhrəmanlıq, şücaət tarixçəsidir.

Bu barədə Bizim.Media -ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

1995-ci ildə baş vermiş, böyüklüyünə görə metropolitenlər arasında "Ginnesin rekordlar kitabı"na düşmüş hadisənin daha da böyüməsinin qarşısının alınmasında, sərnişinlərin xilasında və təxliyəsində “Ulduz” stansiyasının, həmçinin digər metropoliten işçilərinin, polis işçilərinin cəsarətli hərəkətlərinin, təşəbbüskarlığının və çevikliyinin böyük rolu olub.

28 oktyabr faciəsindən danışarkən, hadisənin geniş miqyas almamasında canı bahasına şücaət göstərmiş C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev və məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədovun adları xüsusi qeyd olunmalıdırlar.

Onu da əlavə edək ki, hadisə baş verəndən sonra Prezident Heydər Əliyev xalqa müraciət edərək dərin hüznlə başsağlığı verib, günahsız insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunub. Dövlət başçısının fərmanı ilə komissiya təşkil edilib, ekspertizaya Milli Elmlər Akademiyasının əməkdaşları, eləcə də dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olunub. Nəticə olaraq hadisə texniki qəza kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO