Qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanlarının VAXTI AÇIQLANDI 

Qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanlarının VAXTI AÇIQLANDI 

Hazırda oxunan: Qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanlarının VAXTI AÇIQLANDI 

141779

Qabiliyyət tələb edən ixtisaslar üzrə ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün imtahanların qrafiki açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Qeyd edilən şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakı şəhərində keçiriləcək.

Musiqi sənəti istiqaməti üzrə imtahanlar 6, 7 və 10 iyulda Bülbül adına orta ixtisas musiqi məktəbində, Təsviri sənət istiqaməti üzrə imtahanlar isə 8-10 iyulda 167 saylı tam orta məktəbdə keçiriləcək. 
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə və saatda ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). 

Musiqi sənəti istiqaməti üzrə imtahana gələn abituriyentlər digər sənədlərlə yanaşı proqram formasını da çap edərək gətirməlidirlər. 

İmtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO