Boğulma hallarının qarşısını NECƏ ALMALI? – Cərimələr artırılsın, yoxsa...

Boğulma hallarının qarşısını NECƏ ALMALI? – Cərimələr artırılsın, yoxsa...

Hazırda oxunan: Boğulma hallarının qarşısını NECƏ ALMALI? – Cərimələr artırılsın, yoxsa...

141766

Yay mövsümü başlayandan çayda, dənizdə, kanalda boğulma xəbərləri də, əfsus ki, çoxalır. Əsasən də yeniyetmələrin boğulması ilə bağlı hər il artan statistikaya şahidlik edirik. 

Əksər hallarda belə hadisələr gözlənilmədən, ehtiyatsızlıqdan baş verir. Çimərliklərlə yanaşı, rayon yerlərində kanallarda, çaylarda boğulanların sayı da kifayət qədər var. Məsələn, hər il Şirvan kanalı neçə-neçə insanın həyatını alır.

Sual yaranır: belə halların minimuma endirilməsi üçün hansı tədbirlər görülməlidir?

Maarifləndirmə yoxsa, sərt cəzalar boğulmaların sayını azalda bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Bu çimərliklər tövsiyə olunmur - Nazirlikdən XƏBƏRDARLIQ


Mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi Bizim.Media ilə fikirlərini bölüşüb. 

O hesab edir ki, boğulma hallarının qarşısının alınması rəsmi qurumların nəzarət tədbirləri gücləndirməsi nəticəsində baş tuta bilər:

“Bu tip məsələlər qanunvericiliklə tənzimlənir. Rəsmi çimərlik zonalarında Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları fəaliyyət göstərir. Amma çimmək qadağan olan yerlərdə vətəndaşlar bəzən məsuliyyətsizlik göstərirlər. Belə ki əylənmək üçün su hövzələrinin kənarlarına üz tuturlar. Bunun nəticəsi olaraq da xoşagəlməz hallar və ən pisi də ölümlər baş verir. 

Buna görə də belə zonalardan insanlar özü uzaq durmalıdır. O cümlədən bu ərazilərdə müxtəlif göstəricilər, qadağanedici nişanlar olmalıdir. Həmçinin də müvafiq cərimələr tətbiq edilməlidir. Amma cərimələrlə məsələ düzəlmədiyi üçün ciddi şəkildə maarifləndirmə olmalıdır. 

Həmin ərazilərə üz tutanlarla polis, Fövqəladə Hallar əməkdaşları, həmin ərazilərin balansında olduğu bələdiyyə orqanlarının və s. qruplar maarifləndirmə işləri apara bilərlər. Ərazilərə üz tutan insanlara qadağaları əvvəlcədən izah etməklə boğulma hallarının qarşısını almaq mümkündür”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nuralıyev isə bildirib ki, boğulma halları insanların qadağalara məhəl qoymaması və məsuliyyətsizlikləri ucbatından baş verir:

“Təhlükəsizlik qaydalarının pozulması,çimərliyə plansiz şəkildə istirahətə getmək, heç bir təhlükəsizlik nüanslarinı nəzərə almamaq,hava şəraitini nəzərə alınmaması, çimərliyin doğru seçilməməsi, qadağan olunmuş sərhədlərin keçilməsi, qadağan olunmuş çimərlikliklərə getmək, spirtli içki qəbul etdikdən sonra saatlarla suya girib qalmaq, hansısa qaydağa və yaxud dəmir konstruksiyalar olan ərazilərdə çimmək boğulma hallarının əsas səbəblərindəndir”.

Bu durumların hər biri özündə kiyafət qədər təhlükəni ehtiva edir. Və sonda bədbəxt hadisə qaçılmaz olur. Ona görə bununla bağlı bütun dünyada mübarizə aparılır. Hər yerdə yay mövsümü başlayandan boğulma halları artır. Hər bir yerdə də buna aid olan özünün xüsusi mübarizə üsulları var.  Əlbəttə ki, hansısa bir cərimənin tətbiq olunması, kiminsə məsuliyyətə cəlb olunması kimi inzibati tədbirlər müəyyən qədər təsir edə bilsə də, boğulma hallarının qarşısını alınmasında ciddi bir dəyişikliyə gətirib çıxara bilməz”.

Ekspertin sözlərinə görə illərdir ki, eyni çimərlik və kanallarda boğulma halları təkrarlandığı üçün aidiyyəti qurumlar sırf həmin ərazilərdə xüsusi nəzarəti gücləndirməlidirlər.

“Hesab edirəm ki, insanlar hər il yeni bir çimərlik kəşf etmir, eyni yerə davamlı şəkildə gedirlər. Həmin yerdə müvafiq tədbirlər görülə və ya nəzarətə götürülə bilər. Cərimələrin də olması, əlbəttə ki, vacibdir. Buna nəzarət edən vəzifəli şəxs tərəfindən, çimərlik qaydalarının pozulması, qoyulmuş nişanlara məhəl qoymadıqda cərimə yazıla bilər. 

Ancaq görünən odur ki, bu cür tədbirlərlə də boğulma hallarının qarşısını almaq mümkün olmur. Yenə də çimərlikləri, sahillərini, kanalları, gölləri, su hövzələrində nəzarəti gücləndirmək vacibdir”.

Röyanə Oğuz, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO