Tanınmış səyyahlar İstisu və Laçında olublar - FOTO 

Tanınmış səyyahlar İstisu və Laçında olublar - FOTO 

Hazırda oxunan: Tanınmış səyyahlar İstisu və Laçında olublar - FOTO 

141673

İşğaldan azad olunmuş ərazilərdə dördgünlük səfərdə olan məşhur səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar. 

Bizim.Media xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən, Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib. 

Daha sonra səyyahlar Laçın şəhərinə gəlib, burada aparılan tikinti-quruculuq işlərinin şahidi olub, Laçına köç edən ailələrlə söhbət ediblər. 

Qeyd edək ki, iyunun 14-də dünya şöhrətli səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Nümayəndə heyəti 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək. 

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO